Qatarda DƏHŞƏTLİ HADİSƏ: 73 ölü, çox sayda yaralı var - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Qatarda DƏHŞƏTLİ HADİSƏ: 73 ölü, çox sayda yaralı var - FOTO/VİDEO (YENİLƏNDİ)

Pakistanda sərnişin qatarındakı partlayışdan sonra baş verən yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.

Bu barədə RİA "Novosti" informasiya yayıb.

***

11:06

Pakistan Dəmiryolları naziri Şeyx Rəşid Əhməd Karaçidən Ravalpindiyə gedən qatardakı partlayışın səbəbinin sərnişinlərin yanlarında apardıqları düşərgə üçün nəzərdə tutulan qaz balonundan istifadə etməsi olduğunu açıqlayıb.

Ölənlərin əksəriyyəti partlayış və daha sonra baş verən yanğın əsnasında təşvişə düşərək özünü qatardan atanlardır.

Pakistan ordusu həkimlərini bölgəyə ezam edib. Ordu vəziyyəti ağır olan yaralıları başqa xəstəxanalara aparmaq üçün helikopter də göndərəcəyini bildirib.

***

09:09

Pakistanda sərnişin qatarında güclü partlayış olub.

Publika.az xəbər verir ki, Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edən qatarın 3 vaqonunun alovlanması nəticəsində 62 nəfər ölüb, onlarla insan yaralanıb.

Pakistanın dəmir yolu şirkətinin rəsmi nümayəndələrinin məlumatına görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub.

Bildirilib ki, qaz balonu yemək hazırlamaq üçün istifadə olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm