Afrika ölkəsi BMT-dən dəstək istədi
Bizi izləyin

Digər

Afrika ölkəsi BMT-dən dəstək istədi

Sudanda keçid hökuməti ölkədə sabitliyi bərpa etmək üçün BMT-dən kömək tələb edib.

Publika.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Sudanda sabitliyin bərpası üçün sülhməramlı qüvvələrin ölkəyə yerləşdirilməsi önəm kəsb edir. BMT qüvvələrinin 2022-ci ildə təşkil olunacaq prezident seçkilərinə qədər ölkədə qalması tələb olunur.

Qeyd edək ki, ötən ilin avqust ayında baş verən hərbi çevriliş nəticəsində prezident postundan uzaqlaşdırılıb. Ölkədə müvəqqəti keçid hökuməti qurulub.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm