.jpg)
Rusiya hökuməti koronavirus səbəbiylə İrandan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə daxil olmasına məhdudiyyət qoyub.
Publika.az xəbər verir ki, Nazilər Kabinetinin sərəncamında belə deyilir. Sərəncama görə, məhdudiyyət təyyarənin heyət üzvlərinə, rəsmi nümayəndələrə və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına şamil edilmir.
Anar Türkeş