Böyük əməliyyat: Ərəb koalisiyası hücuma keçdi
Bizi izləyin

Digər

Böyük əməliyyat: Ərəb koalisiyası hücuma keçdi

Səudiyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada irimiqyaslı əməliyyatlara başlayıb.

Publika.az xəbər verir ki, qırıcılar Husi üsyançılarının nəzarətindəki əraziləri bombalayır. Üsyançıların açıqlamasına görə, son bir neçə saat ərzində paytaxtın müxtəlif ərazilərində 15 hava əməliyyatı həyata keçirilib. Tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, iki gün əvvəl Yəməndən krallığa ballistik raketlərin atıldığı barədə xəbərlər yayılıb.

Əməliyyatların bu hücumlara cavab olaraq həyata keçirildiyi bildirilir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm