Nazirdən ilginc açıqlama: Rusiya ilə boşanmağı düşünmürük
Bizi izləyin

Digər

Nazirdən ilginc açıqlama: Rusiya ilə boşanmağı düşünmürük

Səudiyyə Ərəbistanının Energetika naziri Əbdüləziz bin Salman Rusiya ilə münasibətlərdən danışıb.

Publika.az xəbər verir ki, Moskva ilə münasibətləri “ailəvi” olaraq dəyərləndirən nazirin sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq Ər-Riyad Moskva ilə “boşanmağı” planlaşdırmır. O hesab edir ki, iki ölkə fikir ayrılıqlarını aradan qaldıra bilər:

“Buna boşanma demək olmaz. Hər ailənin fərdləri arasında fikir ayrılıqları olur. Lakin bu narazılıq həmişə həllini tapar. Bu ailə arasında sıx münasibətlərdən asılıdır. Bizim ailə güclü bağlara əsaslanır”.

Qeyd edək ki, neft bazarındakı mövqelərlə bağlı Ər-Riyad və Moskva arasında fikir ayrılığı yaranıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm