Digər
Dəvəti ləğv edilən Kobaxidzedən Bayden administrasiyasına cavab: Qeyri-ciddidir
Gürcüstanın baş naziri İrakli Kobaxidze Ağ Ev administrasiyasının onun ABŞ prezidenti Co Baydenlə qəbula dəvətini ləğv etmək qərarını qeyri-ciddi adlandırıb.
Publika.az xəbər verir ki, Kobaxidze bu barədə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirəsində çıxışından sonra gürcü jurnalistlərə bildirib.
“Bu məsələ ilə bağlı xüsusi şərh verə bilmərəm. Ciddi deyil. Onlar üç gün əvvəl dəvət göndərib, sonra isə onu ləğv ediblər ”, - deyə Gürcüstanın baş naziri qeyd edib.
Kobaxidzenin sözlərinə görə, bu, gürcü müxalifətinin xeyrinə bir növ humanitar akt idi, lakin heç bir əməli effekt verməyəcək.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın Gürcüstanda parlament seçkilərindən sonra hakimiyyət dəyişikliyinə cəhd etmək niyyətində olduğunu bəyan edib. Bildirilib ki, ABŞ-ın indiki administrasiyası artıq genişmiqyaslı informasiya kampaniyası hazırlayıb və onun məqsədi hakim “Gürcü arzusu” partiyasını nüfuzdan salmaqdır.
Vazeh BƏHRAMOĞLU
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)








.jpg)













