Digər
Neft və qızıl BAHALAŞDI
İranın İsrailə mümkün raket hücumu ilə bağlı xəbərlər fonunda neft və qızıl qiymətləri kəskin bahalaşıb.
Publika.az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin dəyəri 2,84% artaraq bir barelə görə 73,74 dollar olub. Eyni zamanda, Çikaqo əmtəə birjasında (CME) dekabr qızıl fyuçerslərinin qiyməti 1,24% artaraq 1 unsiya üçün 2692,4 dollar olub.
CNBC telekanalı ABŞ prezident administrasiyasının nümayəndələrinə istinadən xəbər verib ki, İranın İsrailə yaxın gələcəkdə ballistik raketlərdən istifadə etməklə həyata keçirilməsi planlaşdırılan hücuma hazırlaşdığı barədə ABŞ məlumatlar əldə edib.
İsrailin İranın dəstəklədiyi Hizbullah qruplaşmasının mövqelərinə silsilə hava zərbələri endirməsindən sonra son bir həftə ərzində Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb.
"Rapidan Energy"nin prezidenti Bob Maknelli verdiyi açıqlamada qeyd edib ki, əgər İran hücum etsə, eskalasiya dövrü sürətlə güclənə və bu, davamlı, hətta artan geosiyasi riskə səbəb ola bilər.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)








.jpg)













