Digər
İlin son Günəş tutulması - YENİLƏNDİ
İlin son Günəş tutulması baş verib.
Publika.az xəbər verir ki, Günəş tutulması oktyabrın 2-si Bakı vaxtı ilə saat 19:42 başlayıb və oktyabrın 3-ü saat 01:47-də bitib.
Tutulmanın maksimumu oktyabrın 2-si saat 22:44:51-də olub. Tutulma hadisəsi bütövlükdə 6 saat 4 dəqiqə davam edib. Hadisə əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edib. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olub.
***
Bu gün 2024-cü ilin son Günəş tutulması başlayıb.
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Publika.az-a bildirilib ki, Günəş tutulması Bakı vaxtı ilə saat 19:42-də başlayıb və saat 01:47-də bitəcək. Tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.
Bu tutulma halqalı Günəş tutulmasıdır. Halqalı tutulma Ay apogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır.
Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə Cənubi Amerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanı əhatə edir. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkündür.
Qeyd edək ki, tutulma hadisəsi Azərbaycandan müşahidə olunmur.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)








.jpg)













