Digər
Alimlər mümkün olmayanı bacardılar: Kosmosun ən sirli görüntüsü əldə edildi
Almaniya və İtaliyadan olan beynəlxalq astronomlar qrupu məlum kainatın ən böyük strukturu olan kosmik şəbəkənin ən aydın görüntüsünü əldə ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticəsi "Nature Astronomy" elmi jurnalında dərc olunub.
"Kəşf bizə ilkin kosmosda iki qalaktikanı birləşdirən şəbəkənin fraqmentini öyrənməyə imkan verdi", - deyə alimlər bildiriblər.
Qeyd edilib ki, bu, bütün kainata yayılan qaranlıq maddə və qaz sapları şəbəkəsidir. Qalaktikalar sapların kəsişmə nöqtələrində əmələ gəlir.
Lakin qazın zəif parıltısı səbəbindən bu strukturları birbaşa müşahidə etmək əvvəllər demək olar ki, mümkün deyildi.
Alimlər Çilidəki "Multi-Unit Spectroscopic Explorer" (MUSE) spektroqrafından istifadə edərək 3 milyon işıq ili uzunluğundakı bir sapda hidrogenin parıltısını çəkiblər. Bu sap iki qalaktikanı birləşdirir, hər birində superkütləli qara dəlik var.
Milano-Bicocca Universitetindən Davide Tornotti, "Biz ilk dəfə olaraq qalaktikaların içindəki qaz ilə kosmik şəbəkədəki material arasındakı sərhədi təyin edə bildik", - deyə bildirib.
Tədqiqatçıların fikrincə, kəşf kainatın quruluşu haqqında müasir fikirləri təsdiqləyən superkompüter modellərinin proqnozlarına uyğundur.
Ləman
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?















.webp)









.jpg)













