Digər
Putin və Tramp tezliklə razılıq ələ edəcək: Çin bu ərazidən İMTİNA EDİR
Pekin Moskva və Vaşinqton arasında mümkün əməkdaşlıq razılaşması səbəbindən Arktika regionunda mövcudluq siyasətinə yenidən baxacaq.
Publika.az xəbər verir ki, bu barədə Honq-Konqun "South China Morning Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, geosiyasi gərginlik Çinin Arktikanın təbii sərvətlərinə çıxış əldə etmək və region ərazisini idarə etməkdə marağını azaldıb. Pekin əvvəllər Arktika məqsədlərini “çox aqressiv tonda” bəyan edib və özünü “Arktikaya yaxın dövlət” adlandırıb. Çinin ambisiyaları region dövlətlərinin mənfi reaksiyasına səbəb olub.
İndi isə Çin “Arktika dövləti” terminindən istifadə etməyi dayandırıb ki, bu da Çinin Arktikaya marağının geri çəkilməsini və ya əhəmiyyətli dərəcədə azaldığını göstərə bilər.
Ekspertlərin fikrincə, ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin Arktika ilə bağlı açıq şəkildə Çini regiondan çıxarmaq məqsədi daşıyacaq razılaşma əldə edə bilərlər.
Martın 12-də "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinə istinadən yazıb ki, Rusiya ilə Çin arasında münasibətlər dinc xarakter daşıyır və Arktikada heç kimə qarşı yönəlməyib.
Bundan əvvəl ABŞ və Rusiya arasında Arktikada birgə layihələrə dair ilkin danışıqların aparıldığı bildirilirdi.
Akqabay
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.webp)








.jpg)













