Digər
Türkiyənin müdafiə və aerokosmik ixracatı tarixi rekorda imza atıb
Türkiyənin müdafiə və aerokosmik sahəsi üzrə ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə mart ayında 147 faiz artaraq 358 milyon dollardan 884 milyon dollara yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin (MSBİ) sədri Haluk Görgün açıqlayıb.
Görgün bununla da ölkəsinin müdafiə və aviasiya sənayesi sektorunun mart ayında ixrac rekorduna imza atdığını bildirib. Qeyd edilib ki, bu ilin ilk rübündə sektorun ümumi ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artaraq 1,7 milyard dollar olub. O, rəhbərlik etdiyi qurumun ixracat strategiyasının əsas məqsədinin yüksək əlavə dəyərli məhsulların ixracında daimi artım tendensiyasını təmin etmək olduğunu qeyd edib.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə, bütün dünyada həyata keçirilən fasiləsiz beynəlxalq əməkdaşlıq fəaliyyətlərinin də təsiri ilə ölkənin sahə üzrə şirkətləri artıq müəyyən bir bölgəyə deyil, demək olar ki, bütün dünyaya məhsul ixrac edə biləcək mərhələyə çatıb: “Qarşıdakı dövrdə MSBİ həm böyük şirkətlər, həm də KOBİ-lər olmaqla, ixrac edən şirkətlərin sayını artıran və ixracı bütün sektor üçün davamlılığın lokomotivinə çevirən beynəlxalq fəaliyyətlərə davam edəcək”.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













