Digər
Bu şirkət 10 min iş yerini bağlayır
Yaponiyanın elektronika nəhəngi “Panasonic” şirkəti bir neçə ölkədəki əməkdaşlarının təxminən 5 faizini ixtisar etməyi planlaşdırır.
Publika.az Yaponiya mediasına istinadla xəbər verir ki, bu addım zərərli biznesə yönələn köklü dəyişikliyin bir hissəsidir. Erkən pensiya proqramı kimi tədbirlər vasitəsilə bu maliyyə ilində həm ölkə daxilində, həm də xaricdə 5 min iş yeri bağlanacaq. Bağlanan iş yerlərinin böyük hissəsi satış və idarəetmə bölmələrinə düşəcək. Şirkət televizor biznesini satmağı, habelə məişət texnikası, kondisionerlər və işıqlandırma sahəsində ixtisaslaşan bölməni yenidən təşkil etməyi düşünür.
“Panasonic” korporativ müştərilər üçün süni intellektə əsaslanan xidmətlərə daha çox resurs qoymağı hədəfləyir.
İcraçı direktor Kusumi Yuki bildirib ki, şirkəti sürətlə dəyişən biznes mühitinə qarşı "daha səmərəli və davamlı" reaksiya vermək istəyir.
“Panasonic” cari maliyyə ili üçün qazanc proqnozunu da açıqlayıb. Satışların təxminən 53,7 milyard (7 faiz azalma) ABŞ dolları olacağı gözlənilir. Xalis mənfəət 15 faizdən çox azalaraq 2,1 milyard dollara düşəcək. Proqnozlar ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin potensial təsiri nəzərə alınmadan hesablanıb. Bu, o deməkdir ki, satış və xalis mənfəət daha da az ola bilər.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













