Digər
Gözlənilən fəlakət baş verməyəcək! - Alimlərdən qalaktikamızla bağlı şad xəbər
Süd Yolu və Andromeda qalaktikaları toqquşmayacaq.
Publika.az xəbər verir ki, Helsinki, Durham və Tuluza universitetlərindən olan astronomlar Süd Yolunun gələcəyi ilə bağlı fikirlərini yenidən nəzərdən keçiriblər.
Araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.
Əvvəllər belə hesab edilirdi ki, qalaktikamız təxminən beş milyard ildən sonra Andromeda ilə toqquşacaq.
Bununla belə, Hubble və Gaia kosmik teleskoplarının yeni məlumatları sayəsində tədqiqatçılar daha dəqiq modelləşdirmə apara biliblər. 100 min simulyasiyada Böyük Magellan Buludunun kütləsi və müşahidə edilən parametrlərin qeyri-müəyyənliyi nəzərə alınmaqla, yaxın gələcəkdə toqquşma ehtimalının cəmi iki faiz olduğu üzə çıxıb.
Bunda Süd Yolunun trayektoriyasını dəyişdirən və onun Andromeda ilə toqquşma ehtimalını azaldan Böyük Magellan Buludunun təsiri xüsusilə əhəmiyyətli olub.
Alimlər bunun əvvəlki hesablamaların təkzibi olmadığını, yeni məlumatlar sayəsində daha dolğun təhlilin nəticəsi olduğunu vurğulayırlar.
Ləman
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
























.jpg)













