Digər
Günəşin cənub qütbü ilk dəfə görüntüləndi
Alimlər bəşər tarixində ilk dəfə olaraq Günəşin əvvəllər müşahidə üçün əlçatmaz olan cənub qütbündən şəkillər əldə ediblər.
Publika.az xəbər verir ki, tarixi fotolar Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın birgə layihəsi olan “Solar Orbiter” kosmik gəmisi tərəfindən Yerə göndərilib.
Günəşin qütb bölgələri indiyədək müşahidə olunmamışdı. Bu yeni missiya nəticəsində alimlər Günəşin səthindəki maqnit aktivliyinin nizamsız strukturunu xəritələşdirə biliblər. Mütəxəssislərə görə, bu aktivlik Günəşin maqnit sahəsinin hər 11 ildən bir dəyişməsinin əsas səbəblərindən biridir.
1,3 milyard dollarlıq “Solar Orbiter” kosmik gəmisi 2020-ci ildə orbitə buraxılıb. Bu ilin mart ayında cihaz Günəş ekvatorundan 15 dərəcə aşağıya enərək ilk yüksək bucaqlı müşahidələrini həyata keçirib və cənub qütbünün görüntülərini qeydə alıb.
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
























.jpg)













