Digər
Kosmosdan gələn siqnalların SİRRİ AÇILDI
Alimləri çaşbaş qoyan, qəribə kosmik siqnalların sirri açılıb.
Publika.az xəbər verir ki, kosmosdan gələn sirli radio siqnallarının pulsarın yeni bir növündən qaynaqlandığı müəyyən edilib.
Çin astronomları bu siqnalların mənbəyinin qəribə cırtdan pulsarlar ola biləcəyi iddiasını irəli sürüblər.
Tədqiqat "The Astrophysical Journal"da dərc olunub.
Adi pulsarlardan – millisaniyə və ya saniyəlik dövriliklə radiosiqnallar göndərən sürətlə fırlanan ulduzlardan fərqli olaraq, bu obyektlər hər on dəqiqədə bir dəfə “aktivləşir”.
Sincan Astronomiya Rəsədxanasından professor Çjou Syanın komandası bununla bağlı qeyri-adi bir fərziyyə irəli sürüb: Ola bilsin ki, bunlar adi neytron ulduzları deyil, mərkəzində qəribə kvark maddəsi olan ekzotik cisimlərdir. Bu, çox yüksək təzyiqlərdə mövcud ola bilən maddənin nəzəri formasıdır. Əgər belə bir maddə həqiqətən mövcuddursa, o, ulduzu böyüdür və hətta son dərəcə yavaş fırlanma zamanı belə radio siqnalları yaymağa imkan verir.
Alimlər yeni nəsil teleskopların - FAST və SKA-nın köməyi ilə öz fərziyyələrini təsdiqləməyi ümid edirlər. Bu qurğular mütəxəssislərə daha çox oxşar obyektləri tapmağa və onların sirrini açmağa imkan verəcək.
Ləman
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













