Digər
Keçmiş naziri rüşvətə görə edam edəcəklər
Çinin keçmiş kənd təsərrüfatı və kənd işləri naziri Tan Rencien külli miqdarda rüşvət aldığına görə iki il möhlətlə edam cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, Çançun şəhər xalq məhkəməsinin verdiyi hökmə əsasən, keçmiş nazir siyasi hüquqlarından ömürlük məhrum edilib. Bundan başqa, onun bütün şəxsi əmlakı müsadirə olunacaq və rüşvətdən əldə etdiyi qeyri-qanuni gəlirlər bərpa olunaraq dövlət xəzinəsinə təhvil veriləcək.
Məhkəmə bəyan edib ki, Tan Rencien 2007-2024-cü illərdə müxtəlif vəzifələrdə işləyərkən biznes əməliyyatı, layihə müqaviləsi bağlamaq və işə düzəltmək kimi məsələlərdə başqalarına kömək etmək üçün həm mərkəzi, həm də yerli səviyyələrdə müxtəlif vəzifələrindən istifadə edib. Bunun müqabilində o, ümumi dəyəri 268 milyon yuandan (təxminən 38 milyon ABŞ dolları) çox olan pul və qiymətli əşyaları rüşvət kimi alıb. Məhkəmə onun dövlətin və xalqın mənafeyinə böyük zərər vuran cinayətlərinin ölüm cəzasına məhkum edilməsinə qərar verib.
Sabiq nazir günahını boynuna alıb və son ifadəsində peşman olduğunu bildirib.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü Tan Rencian karyerasının ilk illərində Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyində işləyib. 2014-cü ildə Quansi Cuan Muxtar Rayonu qubernatorunun müavini təyin olunub. 2017-ci ildən Qansu əyalətinin qubernatoru vəzifəsini müvəqqəti icra edib. 2020-2024-cü illərdə kənd təsərrüfatı və kənd məsələləri naziri işləyib.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü























.jpg)















