Digər
BMT tarixi nüvə danışıqlarına dair mühüm sənədləri itirdi
Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) dair SSRİ ilə ABŞ arasında dialoqu əhatə edən protokolların bəziləri itib.
Publika.az xəbər verir ki, bu barədə MAQATE-nin təhlükəsizlik siyasəti üzrə keçmiş əməkdaşı Tarik Rauf RBK üçün yazdığı məqalədə məlumat verib.
20-ci əsrin ortalarında ABŞ və SSRİ sənədlərin mətnlərini diqqətlə razılaşdırmışdılar. Rauf qeyd edib ki, 1960-cı illərdə bu məsələ ilə bağlı danışıqların necə getməsi və prosesin hansı formada başa çatması heç kimə dəqiq məlum deyil. Sənədlərin detalları ilə bağlı müxtəlif versiyalar var.
Analitik BMT-nin Cenevrədəki ofisinə səfəri zamanı həmin danışıqların protokollarını dərindən öyrənməyə cəhd edib. Lakin məlum olub ki, Millətlər Sarayının çoxsaylı təmir-bərpa işləri nəticəsində bu mühüm sənədlər itirilib...
Raufun, eləcə də bir sıra digər ekspert və alimlərin məsələ ilə bağlı mövqeyi belədir ki, "Nuclear Sharing" kimi tanınan məşhur ideya 1967-1968-ci illərdə yaransa da, indi vəziyyət xeyli dəyişib. O zaman NPT tərəfdarları indikindən xeyli az idi. Çünki bir çox ölkələr hələ müstəqillik əldə etməmişdilər. Analitik onu da əlavə edib ki, bir çox qeyri-nüvə ölkələri indi bu konsepsiyanı tənqid edərək, onun NPT-nin ruhuna zidd olduğunu iddia edirlər.
Tural
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü























.jpg)















