Digər
Şok iddia: Əsəd saatlarla bu işlə məşğul olur
Almaniyanın məşhur “Die Zeit” qəzeti Suriyanın keçmiş rəhbəri Bəşər Əsəd barədə maraqlı məlumat yayıb.
Publika.az xəbər verir ki, nəşr keçmiş dövlət başçısını uşaqlıqdan tanıyan mənbəyə istinadən yazıb ki, ölkəni tərk etdikdən sonra Rusiyada sığınacaq almış siyasətçi ailəsi ilə birlikdə Moskva şəhərində yaşayır. O, saatlarla onlayn oyunlar oynayır.
"Əsəd aşağısında alış-veriş mərkəzi olan yüksək mərtəbəli bir binada yerləşən üç mənzildə yaşayır. O, arabir mərkəzi ziyarət edir və qalan vaxtlarını saatlarla onlayn oyunlar oynamaqla keçirir",- mənbə bildirib
"Die Zeit"ə maraqlı informasiyalar verən suriyalı onu da qeyd edib ki, o, Suriyanın keçmiş liderinin hazırki həyat tərzi ilə bağlı məlumatları etibarlı mənbələrdən alıb. Bununla belə, jurnalistlər yazırlar ki, hazırda onlara ötürülən bu məlumatın doğruluğunu yoxlamaq mümkün deyil.
O, həmçinin bildirib ki, sabiq dövlət başçısı Moskva vilayətindəki bağ evinə də tez-tez baş çəkir. Mənbə vurğulayıb ki, həmin ərazilərə özəl mühafizə şirkəti nəzarət edir.
Məqalə müəllifləri qeyd ediblər ki, Əsəd ailəsinin Moskva şəhərində təxminən 20 mənzili var. Bu mənzillərin 76 mərtəbəli "Moskva-Siti"də yerləşdiyi ehtimal edilir.
Nəşrin məlumatına görə, etibarlı mənbənin özü Suriyanı hələ 2011-ci ildə tərk edib və hazırda Avropada yaşayır. O, əvvəllər yüksək rütbəli hərbi vəzifə tutub və Əsədlə fikir ayrılığı səbəbindən vətənini tərk edib.
Tural
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü














.jpg)
.jpg)





.jpg)















