Digər
Keçmiş baş nazirin dəfnində izdiham yarandı, yüzlərlə insan xəsarət aldı
Keniyanın keçmiş baş naziri Raila Odinqanın dəfn mərasimində yüzlərlə insan xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə yerli "The Standard" qəzetinin sosial şəbəkə hesabında məlumat yayılıb.
"Keçmiş baş nazir Raila Odinqanın ictimaiyyətə açıq olan dəfn mərasimi zamanı izdiham yaşanıb. İnsanların Kisumu şəhərindəki Como Kenyatta Beynəlxalq Stadionunda toplanması nəticəsində yüzlərlə mərasim iştirakçısı xəsarət alıb. Bir neçə nəfər yorğunluq və gərginlikdə olmasından huşunu itirib, Keniya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları ilkin tibbi yardım göstərərək yaralıları təxliyə ediblər", - paylaşımda deyilir.
Xatırladaq ki, Odinqa oktyabrın 15-də vəfat edib. O, 1992-ci ildən ölkə parlamentində çalışıb. 2000-ci illərdə energetika naziri vəzifəsində çalışmış Odinqa daha sonra Yol, Tikinti və İctimai İşlər Naziri olub. Odinqa həmçinin beş dəfə prezidentliyə namizədliyini irəli sürüb, lakin heç vaxt seçkilərdə qalib gəlməyib. O, Baş nazir vəzifəsində çalışıb və müasir Keniya tarixində əsas fiqurlardan biri olub. Çoxları üçün o, demokratiya, ədalət və islahatlar uğrunda mübarizənin simvolu olub.
Tural
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü














.jpg)
.jpg)





.jpg)















