Digər
Dünyanın ən güclü dəniz qüvvələri reytinqi açıqlandı
Hər il ölkələrin ordularının quruda, havada və dənizda olan gücü ilə bağlı məlumatlar yenilənir.
Publika.az xəbər verir ki, Rusiya mediası dəniz qüvvələrinin gücü ilə bağlı yeni reytinqi yayıb. Saytlar İMEMO RAN-ın "Morskie Derjavı-2025" illik araşdırmasına istinad ediblər. Məlum olub ki, Rusiya Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən böyük dəniz gücünə çevrilib.
İMEMO hesablamalarına görə, 1 yanvar 2025-ci il tarixinə əsasən ümumi dəniz gücü indeksinin 16,3% Çinin, 15,1% ABŞ-ın, 6,6%- i isə Rusiyanın payına düşür.
Qeyd olunub ki, Rusiyanın İMEMO reytinqindəki hazırki mövqeyi dəniz fəaliyyəti indeksinin azalması səbəbindən aşağı düşüb. Çin hazırda bu göstəricinin artmasına görə dünyada birinci yerdədir. Rusiyalı tədqiqatçılar qeyd ediblər ki, hərbi-dəniz gücünə görə isə ABŞ mübahisəsiz lider olaraq qalır.
Maraqlıdır ki, dəniz resursları (dəniz zonalarının sahəsi və onların daxilində olan faydalı ehtiyatlar-red.) indeksində fərqli reytinq var. Bu indeksə görə, Səudiyyə Ərəbistanı dünyada birinci, Qətər ikinci, ABŞ üçüncüdür. Rusiya isə dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, məlum institut 2021-ci ildən bəri hər il 100 ölkənin dəniz potensialını qiymətləndirir və onların dəniz fəaliyyətlərinin, dəniz ehtiyatlarının, eləcə də donanmalarının, həmçinin digər dəniz qüvvələrinin, yəni dəniz ehtiyatlarının əldə edilməsi, qorunması və kəşfiyyatı üçün zəruri olan vasitələrin qiymətləndirilməsinə əsaslanaraq dəniz gücünün indeksini hesablayır.
Tural
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...





















.jpg)















