Digər
Bu ölkəyə uçuşlar kütləvi şəkildə ləğv edildi-Yeni müharibə ocağı yaranır?
ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi Venesuelaya mülki aviasiya uçuşları üçün təhlükə elan etdikdən sonra altı beynəlxalq aviaşirkət bu ölkəyə öz uçuşlarını ləğv edib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Venesuela Aviaşirkətləri Assosiasiyasının prezidenti Marisela de Loaysanın açıqlamasında yer alıb.
Onun sözlərinə görə, İspaniyanın "Iberia", Portuqaliyanın TAP, Çilinin LATAM, Kolumbiyanın "Avianca", Braziliyanın GOL, habelə Trinidad və Tobaqonun "Caribbean Airlines" aviaşirkətləri uçuşların dayandırıldığını elan ediblər.
Eyni zamanda, Panamanın "Copa Airlines", İspaniyanın "Air Europa" və "Plus Ultra", Türkiyənin "Türk Hava Yolları" və Venesuelanın LASER aviaşirkətləri Venesuelaya uçuşları davam etdirirlər.
Xatırladaq ki, daha əvvəl Pentaqonun rəhbəri Pit Heqset Qərb yarımkürəsində narkoterrorçulara qarşı hərbi əməliyyatın başladığını elan etmişdi.
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı










.jpg)






















.jpg)




