Digər
Hindistanlılar aldadılaraq Rusiya ordusuna necə cəlb edilirlər?
Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinə qoşulmuş 202 Hindistan vətəndaşı iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə "The Economic Times" qəzeti məlumat yayıb. Nəşr Hindistanın xarici işlər naziri Kirti Vardxan Sinqin ölkə parlamentinə verdiyi cavaba istinad edib.
Sənəddə bildirilir ki, həmin şəxslər Rusiya ordusuna ələ alınaraq müəyyən şərtlərlə cəlb ediliblər. Hindistan hökumətinin birgə səyləri sayəsində onlardan 119-u vaxtından əvvəl tərxis edilib. 26 nəfər həlak olub, 7 nəfər isə itkin düşüb. Yeni Dehli hazırda daha 50 nəfərin vaxtından əvvəl tərxis olunması üçün səylərini davam etdirir.
Sinq onu da bildirib ki, Hindistan Xarici İşlər Nazirliyi ölən 10 hindlinin qalıqlarının vətənə qaytarılmasını, eləcə də iki nəfərin kremasiyası prosesini asanlaşdırıb. Ölən və ya itkin düşmüş digər 18 hindlinin ailə üzvlərindən isə DNT nümunələri Rusiya hakimiyyət orqanlarına təqdim edilib.
Hindistan iddia edir ki, hindlilər Ukraynada döyüşlərinə aldadılaraq cəlb edilirlər. Onlara hərbi müqavilə əvəzində yaxşı iş təklifləri və ya Rusiya universitetlərinə qəbul olmaqda kömək vəd olunur.
Tural
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?










.jpg)























.jpg)




