Digər
Bahalı smartfonların oğurluğu ilə məşğul olan mafiya zərərsizləşdirildi
Hindistanın paytaxtında maraqlı fəaliyyəti ilə diqqət çəkən cinayətkar dəstə zərərsizləşdirilib.
Publika.az "The Week"ə istinadən xəbər verir ki, polis premium smartfonları oğurlamaqda ixtisaslaşmış cinayətkar qrupun dörd üzvünü həbs edib. Əməliyyat zamanı iPhone 17 Pro Max, iPhone 16 seriyası və Samsung S24 Ultra da daxil olmaqla 40 müasir telefon müsadirə edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar konsertlər, qatar stansiyaları və digər insanların gur olduğu məkanları, izdihamlı yerləri hədəfə alıblar. Onlar oğurluqdan dərhal sonra xüsusi təhlükəsizlik siqnalını bloklamaq və "Find My iPhone" funksiyasının, uzaqdan kilidləmə vasitəsilə izləmənin qarşısını almaq üçün cihazları, xüsusən də iPhone-ları alüminium folqaya bükürlərmiş.
Daha sonra telefonlar bir neçə saat ərzində Qaziabaddakı xüsusi bazarda satılırmış.
Müsadirə edilən 20-dən çox smartfon 7 dekabrda A.P. Dhillon-un IGI Stadionunda verdiyi konsert zamanı oğurlanıb. Qalan smartfonlar isə Dehlinin müxtəlif polis bölmələrində qeydiyyatda olub.
Tural
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi



































