Digər
Putin Əsədə niyə kömək etməyib? - Suriya səbəbi açıqladı
Suriya üsyançıları Rusiyanı keçmiş prezident Bəşər Əsədin tərəfini tutmamağa inandıra biliblər.
Publika.az xəbər verir ki, bu barədə müvəqqəti Suriya hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani "Əl-Məcəlla" jurnalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2024-cü ilə qədər Suriya üsyançıları strateji seçim qarşısında qalıblarmış. Çünki İran artıq Əsədə əhəmiyyətli dəstək verə bilmirdi, onun bölgəyə təsiri də zəifləmişdi. Lakin Rusiya proseslərdə əvvəlki aktivliyini göstərirmiş.
"Biz olduqca yüksək bir vəzifədə çalışan məmurla danışdıq. Onun adını çəkməyəcəyəm. Amma həmin vaxt özümü Prezident Vladimir Putinlə birbaşa danışmış kimi hiss etdim", - əl-Şibani Rusiya tərəfi ilə danışıqlara toxunarkən deyib.
O qeyd edib ki, Moskva Əsədin devrilməsinin Rusiya qoşunlarının Suriyadan çıxarılması anlamına gəlməyəcəyi mesajını ciddiyə alıb.
Diplomat onu da vurğulayıb ki, məhz Rusiya ordusunun Dəməşqdən çəkilməsi Əsəd qüvvələrinin süqutuna səbəb olub. Onun sözlərinə görə, əgər ruslar bölgədən gedirdilərsə, bu, üsyançıların tezliklə əraziyə girəcəyi anlamına gəlirmiş.
Əl-Şibani həmçinin Xmeymim və Tartusdakı Rusiya bazaları ilə bağlı vəziyyətə də münasibət bildirib. O, qeyd edib ki, əgər bu iki bazanın mövcudluğu Suriyanın maraqlarına xidmət edərsə, Rusiya qoşunları ölkədə qala bilər.
Tural
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi



































