Digər
Bu ölkə taktiki silahların istehsalını iki dəfədən çox artırır-Müharibə hazırlığı?
Şimali Koreya lideri Kim Çen In hərbi zavodda taktiki idarəolunan silahların istehsalı ilə tanış olub və istehsal gücünün 2.5 dəfə artırılması barədə göstəriş verib.
Publika.az bu barədə Şimali Koreyanın KCNA dövlət xəbər agentliyinə istinadən xəbər verir.
"Bizim hərbi sənayemiz mövcud vəziyyətə uyğunlaşmaq, eyni zamanda həm cari sursat istehsalını, həm də istehsal xətlərinin modernləşdirilməsini təmin etmək üçün istehsalı və texniki yenilənməni ciddi şəkildə təşkil etməlidir", - deyə Kim Çen In qeyd edib.
Onun sözlərinə görə, Şimali Koreyada istehsal olunan taktiki idarəolunan silahlar yüksək atəş gücünə malikdir və hazırda ordunun balansında olan yaylım atəşli raket sistemlərini tamamilə əvəz etməlidir.
Şimali Koreya lideri vurğulayıb ki, hərbi hissələrin yeni növ silahlarla yenidən silahlandırılması prosesi artıq bu ilin birinci yarısında başlamalıdır.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi



































