Digər
100 milyon kiloqramdır, Yer kürəsinə düşəcək - Tarix açıqlandı
Dünya orbitində fırlanan və artıq istifadə olunmayan peyklər ilə raket hissələrindən ibarət olan təxminən 100 milyon kiloqramlıq "kosmik zibil" böyük təhlükə yaradır. Mütəxəssislər bu nəhəng dağıntının Yer atmosferinə daxil olaraq yerə düşəcəyi tarix barədə xəbərdarlıq edirlər.
Pubika.az xəbər verir ki, orbitdə hazırda 100 milyon kiloqramdan (100 min ton) çox metal və plastik qalıq var. Bu qalıqlar saniyədə kilometrlərlə sürətlə hərəkət edir. Onların böyük bir hissəsi atmosferə daxil olarkən yanaraq yox olsa da, iri parçaların yerə çatması və yaşayış məntəqələrinə zərər verməsi ehtimalı getdikcə artır.
Tədqiqatçılar qeyd edirlər ki, günəş aktivliyinin artması və orbitin həddindən artıq dolması səbəbindən yaxın illərdə, xüsusən 2026-cı ildən başlayaraq bu qalıqların idarəolunmaz şəkildə Yerə düşməsi hadisələri daha tez-tez baş verəcək.
Orbitdəki zibillər bir-birinə çırpılaraq daha kiçik və daha çox sayda zibil yaradır. Bu zəncirvari reaksiya nəticəsində gələcəkdə kosmik səyahətlər və peyk rabitəsi tamamilə qeyri-mümkün ola bilər.
Dünya kosmik agentlikləri (NASA, ESA və s.) bu zibilləri təmizləmək üçün nəhəng torlar, maqnitlər və lazer texnologiyaları üzərində işləyirlər. Lakin hələlik bu milyonlarla kiloqramlıq yükü təmizləyəcək tam effektiv bir sistem mövcud deyil.
(Milli.az)
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir





















.png)















