Digər
Çin yeni nəsil nüvə silahı hazırlayır - Gizli sınaq keçirilib
ABŞ xüsusi xidmət orqanları Çinin yeni nəsil nüvə silahı hazırladığını və nüvə arsenalının yenilənməsi çərçivəsində artıq ən azı bir sınaq keçirdiyini hesab edir.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin iddiasına görə, nüvə arsenalına yatırılan investisiyalar sayəsində Çin dominant nüvə dövlətlərinin heç birində olmayan texniki imkanlara malik ola bilər.
Nəşr bildirir ki, Çinin 2020-ci ilin iyun ayında ölkənin şimal-qərbində yerləşən Lop-Nur poliqonunda sınaq keçirdiyi və bununla da 1996-cı ildə tətbiq olunmuş moratoriumu pozduğu güman edilir. ABŞ xüsusi xidmət orqanları hesab edirlər ki, bu sınaq Çinin yeni nəsil nüvə silahı yaratmaq istəyindən irəli gəlib.
Ehtimallara görə, Çin heç vaxt istehsal etmədiyi gücü az olan taktiki nüvə silahı da hazırlaya bilər.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı


































