Digər
Sabiq baş naziri və DİN rəhbərini həbsə atdılar
Nepalın sabiq baş naziri Xadqa Prasad Şarma Oli, eləcə də ölkənin keçmiş daxili işlər naziri Rameş Lehak saxlanılıblar.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Xəbərə əsasən, bu həbslər ötən ilin sentyabrında Z nəslinin korrupsiyaya qarşı keçirdiyi aksiyalar zamanı onlarla insanın həyatını itirməsi faktı üzrə aparılan istintaq tədbirləri çərçivəsində reallaşıb.
Saxlanılma qərarı yeni təyin olunmuş Baş nazir Balendra Şahın andiçmə mərasimindən bir gün sonra, sentyabr iğtişaşlarını araşdıran xüsusi komissiyanın rəyi əsasında icra edilib. Sözügedən komissiya sabiq hökumət rəhbərini nümayişlərin ilk günündə azı 19 etirazçının ölümü ilə nəticələnən atışma zamanı lazımi tədbir görməməkdə təqsirli bilib. Ümumilikdə iki gün davam edən və nəticədə Olinin istefası ilə yekunlaşan toqquşmalarda 76 nəfər həyatını itirib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hazırda Katmandu polis idarəsində saxlanılan Oli və Lehak bazar günü hakim qarşısına çıxarılacaqlar. İki dəfə böyrək köçürülməsi əməliyyatı keçirmiş 74 yaşlı sabiq baş nazir səhhəti ilə əlaqədar polis bölməsindən xəstəxanaya aparılıb. Olinin hüquqlarını müdafiə edən vəkil isə bu həbsin heç bir əsası olmadığını və müvəkkilinin qaçma ehtimalının mümkünsüzlüyünü vurğulayıb.
Xatırladaq ki, bir gün öncə Katmandu şəhərinin keçmiş meri və sabiq reper olan 35 yaşlı Balendra Şah Nepalın yeni baş naziri vəzifəsinə keçib. Şah 14 nəfərdən ibarət yeni Nazirlər Kabinetini formalaşdırıb.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı


































