Digər
Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
Taliblər Əfqanıstanın Herat şəhərində məcburi geyim qaydalarını pozan qadınlara qarşı genişmiqyaslı reyd keçiriblər. Reyd zamanı onlarla qadın saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə "Afghanistan International" telekanalı məlumat yayıb.
Əməliyyatlar Lilami rayonunda başlayıb və reydlər şəhərin digər yerlərində aparılıb. Təkcə bir məhəllədə 20-dən çox qadın həbs edilib. Fəzilət və Rəzilliyin Qarşısının Alınması Nazirliyinin əməkdaşları ələrində dəyənəklə "Almas-Şarq" bazarında və Qəsr rayonunda da həbslər aparıblar.
Şahidlər bildiriblər ki, axtarış və həbslər zamanı bəzi qadınlar qışqıraraq müqavimət də göstəriblər. Lilamidəki bir mağaza sahibi qeyd edib ki, basqından sonra artıq qadınlar küçələrdə gözə dəymirlər. Məlumata görə əsas hədəf burqa və ya çadra əvəzinə hicab geyinənlər olub: "Taliblər bəzi qadınları saxladı, digərləri isə qışqıraraq qaça bildilər".
Satıcının sözlərinə görə, tutulan qadınların çoxu sadəcə hicab geyinibmiş. Amma onların da bədənləri digər qadınlar kimi tamamilə örtülü olub.
Nəşr yazıb ki, əməliyyat Əfqanıstanın Fəzilət və Cinayətkarlığın Qarşısının Alınması Nazirliyinin övrəti qaydaları pozan (yəni üzlərini ictimai yerdə açıb göstərən) və ya makiyaj edən qadınları həbs cəzası ilə hədələdiyi açıqlamadan sonra baş tutub.
Müəllif:Tural
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































