Digər
An-32 qəzaya uğradı, 5 hərbçi öldü - SSRİ istehsalı imiş
Hindistanda An-32 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, təyyarə Hindistanın şimal-şərqindəki Assam əyalətində qəzaya uğrayıb. Qəza hərbi nəqliyyat vasitəsi Corhat aviabazasına eniş edərkən baş verib. Hazırda hadisə yerində xilasedicilər işləyir, ilkin məlumata görə 5 hərbçi ölüb.
Hindistan Hərbi Hava Qüvvələri qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiyanın yaradılacağını açıqlayıb.
Qeyd edək ki, An-32 Sovet istehsalı olan hərbi nəqliyyat vasitəsidir. Maraqlıdır ki, bu təyyarələr Sovet aviasiyası tarixinə xüsusi olaraq ixrac üçün yaradılan və SSRİ-də heç vaxt orduya verilməyən yeganə Sovet hərbi nəqliyyat təyyarəsi kimi düşüb.
Müəllif: Tural
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































