Digər
ABŞ-ın nüvə çətirinə güvənirdilər - İndi nüvə dövləti olmaq istəyirlər
Yaponiyanın müdafiə naziri Şinyiro Koizumi bazar günü yerli mediaya bildirib ki, Avropanın bəzi ölkələrinin daha çox nüvə çəkindirmə səyləri göstərməsi fonunda Tokionun da nüvə silahları ilə bağlı müzakirəyə ehtiyacı var.
Publika.az “Kyodo News” agentliyinə istinadla xəbər verir ki, nazir Yaponiyanın bu məsələni gündəmə gətirməsini labüd hesab edir. Onun sözlərinə görə, ölkənin təhlükəsizlik mühiti daha da sərtləşib və Tokio əvvəllər arxa planda olan bəzi mövzuları müzakirə etmək məcburiyyətindədir. Koizumi Fransa və Finlandiyanın daha güclü nüvə çəkindirmə səylərinə istinad edib. O qeyd edib ki, Finlandiya parlamenti iyun ayında nüvə silahlarının ölkəyə gətirilməsinə icazə verən qanun layihəsini təsdiqləyib, Fransa Prezidenti Emmanuel Makron isə mart ayında ölkəsinin nüvə başlıqlarının sayını artıracağını bildirib.
ABŞ-nin nüvə çətirinə güvənən Yaponiya atom bombası hücumuna məruz qalan yeganə ölkədir. O, ərazisində nüvə silahı istehsal etməmək, saxlamamaq və ya bunlara icazə verməmək kimi üç prinsipi qoruyur.
Ölkənin təhlükəsizlik siyasətinin hazırlanmasında iştirak edən bir mənbənin sözlərinə görə, Baş nazir Sanae Takaiçi hökuməti ötən ilin dekabr ayında Yaponiyanın nüvə silahına sahib olmasının vacibliyini bildirib. Bu mövqe müxalifət partiyaları və bəzi ölkələr tərəfindən sərt reaksiyaya səbəb olub.
Yaponiyanın sabiq müdafiə naziri İtsunori Onodera da ötən ilin sonlarında bəyan etmişdi ki, ölkənin nüvə silahına malik olmamasına dair prinsipləri yenidən nəzərdən keçirmək lazımdır.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































