Digər
6 minə yaxın dənizçi təxliyə gözləyir
Birləşmiş Millətlər Təşkilatı (BMT) Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda körfəzdə qalmış təxminən 6 min dənizçinin təxliyəsinə çağırıb.
Publika.az xəbər verir ki, BMT-nin məlumatına görə, hazırda bölgədə təxminən 500 gəmidə olan 6 minə yaxın dənizçi təhlükəsizlik riskləri səbəbindən çıxılmaz vəziyyətdə qalıb.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) qeyd edib ki, iyulun 12–13-də hərbi əməliyyatların yenidən başlanmasından sonra dar su yolundan faktiki olaraq çox az sayda gəmi keçir.
Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqes bildirib ki, Hörmüz boğazının yaxınlığında lövbər salmış təxminən 500 gəmidə qalan 6 min dənizçinin vəziyyəti ciddi narahatlıq doğurur. “Unutmamalıyıq ki, bunlar öz peşə vəzifələrini yerinə yetirən mülki şəxslərdir. Onlar döyüş əməliyyatlarında iştirak etmək üçün hazırlıq keçməyiblər və gəmilər raket və pilotsuz uçuş aparatlarının hücumlarından müdafiə olunmaq üçün nəzərdə tutulmayıb”, – deyə o vurğulayıb.
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Avropa10:54Hərbi əks-kəşfiyyatdan qadağa: Rus əsilli almanlar Litvaya göndərilməyəcək
-
MDB10:45Rusiyada qadağa: Axşam heç kim çölə çıxa bilməyəcək - İlginc səbəb
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq










.jpg)

.jpg)















.jpg)





.jpg)




