Digər
Azərbaycanı etibarlı qardaş ölkə kimi yüksək qiymətləndiririk! - Pakistan Prezidenti
Pakistan Azərbaycanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir və iki ölkə arasındakı əlaqələr möhkəmlənməkdə davam edir.
Publika.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovun Ayvan-e-Sədr iqamətgahındakı vida görüşü zamanı bildirib.
"Zərdari qeyd edib ki, Pakistan Azərbaycanı etibarlı qardaş ölkə və strateji tərəfdaş kimi yüksək qiymətləndirir. Onun sözlərinə görə, qarşılıqlı etimada və bir-birinin əsas maraqlarına göstərilən dəyişməz dəstəyə əsaslanan ikitərəfli əlaqələr möhkəmlənməkdə davam edir", - Pakistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda vurğulanıb.
Pakistan Prezidenti ölkələr arasında parlament, işgüzar, mədəni və humanitar mübadilələrin fəallaşmasını məmnunluqla qeyd edib. O, iki dövlət rəhbərliyinin ümumi baxışının ticarət və investisiya, nəqliyyat əlaqələri, informasiya texnologiyaları, iqlim dəyişikliyi ilə mübarizə və turizm sahələrində konkret nəticələrə çevrilməsi işinə, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə sadiqliyini təsdiqləyib.
Zərdari həmçinin Fərhadovun Pakistanla Azərbaycan arasında uzun illərdir davam edən qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana həyata keçirilən və ikitərəfli münasibətlərdə yeni bir səhifə açan tarixi dövlət səfərinin təşkilində Fərhadovun rolunu vurğulayıb.
Zərdari Fərhadovu İslamabaddakı diplomatik missiyasının uğurla başa çatması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































