Digər
Zəlzələ qurbanlarının sayı 51-ə çatdı
İndoeziyada zəlzələ qurbanlarının sayı 51 nəfərə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində azı 51 nəfər həlak olub, 36 nəfər ağır, 77 nəfər yüngül xəsarət alıb, 5 minə yaxın insan isə təxliyə edilib. Xilasedicilər hələlik itkin düşənlərin dəqiq sayını müəyyən edə bilmirlər.
7,7 maqnitudalı zəlzələ avqustun 15-i səhər saatlarında İndoneziyanın şərqində, Şərqi Nusa-Tenqara əyalətində baş verib.
Zəlzələ 1,3 mindən çox evə ziyan vurub. Bir sıra rayonlarda elektrik enerjisi təchizatında fasilələr yaranıb, bu səbəbdən 20-yə yaxın yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.
Fəsadların aradan qaldırılmasına 3,5 mindən çox hərbi qulluqçu və polis əməkdaşı cəlb edilib. Region rəhbərliyi zərərçəkənlərə yardımın göstərilməsini sürətləndirmək üçün fövqəladə vəziyyət elan olunması imkanını nəzərdən keçirir.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































