Digər
Kim Çen Indan Putinə cavab: "Qüdrətli Rusiya quracaqsan!"
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə teleqram göndərib. O, cavab teleqramında Qırmızı Ordunun Koreyanın Yaponiya müstəmləkəçiliyindən azad edilməsindəki rolunu xüsusi olaraq qeyd edib.
Publika.az xəbər verir ki, teleqramın mətni Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) dərc edilib.
Məktubda deyilir: "Koreyanın azad edilməsinin 81-ci ildönümü münasibətilə səmimi təbrikinizə, teleqramınıza görə dərin minnətdarlığımı bildirirəm".
Kim Çen In həmçinin Rusiya və Şimali Koreyanın haqq-ədalət uğrunda birgə mübarizəsindən qürur duyduğunu bildirib və ölkələrin ikitərəfli münasibətlərdə daha parlaq gələcək üçün etibarlı bir zəmanət yaratdığını vurğulayıb. Şimali Koreya lideri Putinin rəhbərliyi altında Rusiya ordusunun ölkənin təhlükəsizlik maraqlarını və ərazi bütövlüyünü qoruyacağına və qüdrətli Rusiya quracağına əminliyini bildirib. Sonda Kim Çen In Rusiya liderinə cansağlığı və uğurlar arzulayıb.
Müəllif: Tural
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































