Digər
Bu planetin diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşdi - Nə baş verib?
Günəşə ən yaxın planet olan Merkurinin formalaşmasından bəri diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib. Əvvəlki hesablamalarda bu göstəricinin maksimum 14 kilometr olduğu bildirilirdi.
Publika.az “Spiegel”ə istinadən xəbər verir ki, Yaponiya və Almaniya alimləri Merkurinin səth görüntülərini yenidən təhlil edərək bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Geophysical Research Letters” jurnalında dərc olunub.
Alimlərin fikrincə, planetin daha çox kiçilməsi onun daha böyük metal nüvəyə malik olduğunu göstərə bilər. Digər ehtimallara nüvədə yüngül elementlərin azlığı və Merkurinin formalaşdığı dövrdə temperaturun daha yüksək olması daxildir.
Təxminən 4,5 milyard il əvvəl yaranan Merkuri soyuduqca kiçilib və bu proses səthində qırılmalar, qırışıqlar və dağ silsilələrinin yaranmasına səbəb olub. Meteor və asteroid zərbələrinin isə bəzi ərazilərdə bu izləri silmiş ola biləcəyi ehtimal edilir.
Merkurinin səthinin daha dəqiq xəritəsi “BepiColombo” missiyası çərçivəsində hazırlanacaq. Avropa kosmik aparatı noyabrın 21-də planetin orbitinə daxil olaraq onun səthini 50 metrədək dəqiqliklə xəritələndirəcək.
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü


























.jpg)







.jpg)



