Rusiya Orta Asiyada bazardan çıxarıldı - Türkdilli ölkələrə silahı kim satır?
Bizi izləyin

Digər

Rusiya Orta Asiyada bazardan çıxarıldı - Türkdilli ölkələrə silahı kim satır?

Rusiya Orta Asiyada bazardan çıxarıldı - Türkdilli ölkələrə silahı kim satır?

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda Orta Asiya ölkələri Çinlə münasibətlərini getdikcə daha çox inkişaf etdirirlər. Pekin təkcə ticarət və iqtisadiyyatda deyil, həm də uzun müddət Kremlin təsir dairəsi hesab edilən silah bazarında da mövqeyini gücləndirib.

Publika.az xəbər verir ki, bu barədə məşhur "Forbes" nəşri məlumat yayıb. Məqalədə qeyd edilib ki, Xəzər Siyasət Mərkəzinin məlumatlarına görə, Çinin Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanla ticarət həcmi 2022-ci ildə 70 milyard, 2023-cü ildə isə 90 milyard dolları keçib. 2025-ci ilə qədər bu rəqəm 106 milyard dollara çatıb.

Ekspertlərin fikrincə, bu tendensiya regionun Çindən iqtisadi asılılığının tədricən artdığını göstərir. Lakin məqalə müəllifinin də qeyd etdiyi kimi, bu uğurlu gediş yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Çin Mərkəzi Asiya ölkələri ilə hərbi əlaqələrini fəal şəkildə genişləndirir və onlara əvvəllər Rusiya tərəfindən təchiz edilən avadanlıqlar təklif edir.

"Eurasianet"in məlumatına görə, Çin artıq Moskvanın Orta Asiya silah bazarındakı uzun müddətli inhisarına meydan oxuyur.

Xüsusilə, Qazaxıstan bu məsələdə diqqət çəkir. Bu ölkə Çin istehsalı olan "Wing Loong-1" zərbə dronları və "Y-8F-200" hərbi nəqliyyat təyyarələri alıb. Qazaxlar həmçinin "K-8W" döyüş-təlim təyyarələri və digər nəqliyyat təyyarələrinin alınması ilə bağlı danışıqlar aparır.

Özbəkistan isə avqust ayında Çindən dörd çoxməqsədli döyüş təyyarəsi alıb. Ölkə həmçinin Asiya nəhəngindən zenit-raket sistemləri də alıb.

Türkmənistan Çinin hava hücumundan müdafiə sistemlərini, Tacikistan isə zirehli texnikaları alıb. Qırğızıstan da öz növbəsində qonşularından geri qalmır. Qırğızlar Çindən nəqliyyat vasitələri və hərbi texnikalar əldə edə biliblər.

Nəşr qeyd edib ki, bu ölkələrin Çinə üz tutmasının, hadisələrin bu cür inkişafının səbəblərindən biri Kremlin Ukraynaya tammiqyaslı müdaxiləsi olub. Məhz müharibə səbəbindən Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar Asiya ölkələrində də problemlər yaradır.

Sanksiyalar Rusiyanın bir sıra xarici komponentlərə və texnologiyalara çıxışını məhdudlaşdırıb. Bu faktor isə bəzi hərbi texnikanın istehsalı və təchizatı üçün problemlər yaradıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm