Dünya
Malala Suriyalı qaçqınlar üçün məktəb açıb
Nobel Sülh mükafatının ən gənc laureatı olan Malala Yusifzai 18 yaşını bazar günü Livanda Suriyalı qaçqın qızlar üçün məktəb açaraq qeyd edib.
Malala qızların təhsil hüquqlarını müdafiə etdiyinə görə 2012-ci ildə Pakistanda Taliban tərəfindən məktəb avtobusunda güllə ilə vurulduqdan sonra müqavimət simvoluna çevrilib.
"Mən inanıram ki, Suriyalı qaçqınların səsləri eşidilməlidir və onlara uzun zamandır diqqət verilmir, buna görə Livanda olmaq qərarı verdim",- Malala Röyter xəbər agentliyinə bildirib.
Təhsil layihələrinə dəstək verən Malala Fondu gəlirsiz təşkilatı Suriya sərhədində Bəkaa vadisindəki məktəbin xərclərini öz üzərinə götürüb. Məktəbdə 14 yaşından 18 yaşına qədər 200 qız təhsil alacaq.
"Həyatımın yetkin insan kimi ilk günü dünya uşaqları adından dünya liderlərindən güllələr deyil, kitablara investisiya etmələrini tələb edirəm",- Malala çıxışında bildirib.
Livan Suriyada müharibəyə görə ölkədən qaçmış 4 milyon qaçqından 1,2 milyonu qəbul edib. Hazırda Livanda məktəb yaşında 500 mindən çox uşağın olduğu bildirilir. Onların yalnız beşdə bir hissəsi məktəbdə təhsil alır.
Qaçqınların icarəyə götürdüyü torpaqlarda qeyri-rəsmi məskunlaşmasına icazə verən Livan Suriyada münaqişəyə görə qaçan insanları bundan sonra qəbul edə bilməyəcəyini bildirib. Livanda yaşayan hər dörd insandan biri qaçqındır.
BMT bu ilin sonuna qədər Suriyadan qonşu ölkələrə pənah gətirən qaçqıların sayının 4,27 milyona çatacağını təxmin edir.
-
Nəqliyyat23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq