İdman
Şahin Diniyev: “Deyiləcək söz yoxdur”
“Səbail” Azərbaycan Premyer Liqasının 33-cü turunda öz meydanında “Qəbələ”yə 2:3 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Deyiləcək bir söz yoxdur. Oyuna yaxşı hazırlaşmışdıq, amma istədiyimiz kimi alınmadı. Bəlkə də, mövsümün ən zəif oyununu oynadıq. “Qəbələ” daha istəkli idi. Əslində, əskinə olmalıydı, şanslarımız qalmalıydı. Bu gün artıq avrokubok şansı yoxdur. Futbolda hər şey olur, qəbul etmək lazımdır. Yolumuza davam edəcəyik. “Qəbələ”ni təbrik edirəm. İstədiyimi isə ala bilmədim.
– İkinci pillədə qalmaq çətindir demişdiz. İşinizi çətinləşdirən nə oldu?
– Yeni komandayıq, futbolçular ilk dəfə idi bir yerdə idilər. Ənənə, stabillik olmalıdır. Bəzi yerlərdə güclənməyə ehtiyacımız var. Gələcəyə baxış üçün yaxşı komandamız var. Komanda 90 faiz dəyişdi, zədəlilərimiz oldu. Səhvi özümüzdə axtarmalıyıq. Altıncı yerdəyik, liqadan düşmürük. Gördüyümüz odur ki, komandanın yeni olması bu problemləri artırdı.
– “Səbail” son illərdə 9-10-cu yerlərdə olub. Demək olar ki, komanda olaraq psixoloji cəhətdən autsayder ruhundan çıxa bilməmisiz?
– Stabilliyin olmaması bu yerə gətirib çıxardı. İndiki nəticəni uğurlu hesab edirik. Altılıqda qalsaq, məqsədimizə çatarıq. Avrokubok şansımız var idi. Üzgünük. Ancaq məqsəd mövsümü altıncı yerdə bitirməkdir. Gələn il avrokubok zonasına oynaya bilərik. Biz lazımi oyunlarda özümüzü kökləyə bilmədik.
-
Hadisə16:40
Zaqatalada qonaqların gözü qarşısında güllələnərək öldürülən Natavanın FOTOSU
-
Region15:48
Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev
-
Kriminal15:24
Azərbaycanda 14 və 16 yaşlı iki qıza təcavüz edən şəxsə bu qədər cəza verildi
-
Dünya14:53
Dünyanın ən böyük fəlakəti üzə çıxdı: 10 ildən sonra görün nə baş verəcək
-
Sosial14:28
Rəşid Mahmudovun qızı kürəkəni tərəfindən qətlə yetirilib? - AÇIQLAMA
-
Köşə14:08
O, bu günə başqa gözlə baxır: Əliyevin Qarabağa apardığı hədiyyə nədir?
-
Dünya13:33
Polşa Ukraynaya qoşun yeridəcək - RAZILIQ VERİLDİ
-
Region13:06
Ermənistan hökuməti və Gürcüstan müxalifəti eyni mərkəzdən idarə olunur - QALMAQALLI İDDİA