Dünya
İŞİD ABŞ-ı bununla hədələdi - VİDEO/FOTO
İŞİD terrorçuları növbəti dəfə öz niyyətlərini
açıqladıqları bir video yayıblar. Videoda terrorçular ABŞ-dakı
Azadlıq heykəlinin başını kəsib, əlində isə məşəl əvəzinə İŞİD
terror qruplaşmasının bayrağı dalğalanır.
Daha sonra terrorçular diqqəti Azadlıq heykəlinin ətrafındakı
binalara yönəldərək həmin binaların dağıdıldığını, partladıldığını
göstəriblər. Videoda ingilis və ərəb dillərində "tezliklə gəlirik"
titrləri görünür.
Həmin videoda göstərilən Azadlıq heykəlinin başsız şəkli şənbə günü
Hafiz Səid adlı İŞİD terrorçusunun öldürülməsi haqqında xəbərlər
yayılandan qısa müddət sonra yayımlanıb. O, Əfqanıstanda
terrorçulara qarşı əməliyyatlar keçirilərkən hava zərbələri zamanı
öldürülüb.
Başsız Azadlıq heykəli və dağıdılmış göydələnlərin göstərildiyi
video
Xatırladaq ki, bir müddət əvvəl İŞİD terrorçuları növbəti
hədəflərinin Misir şəhərləri olduğunu bildirmişdi. İyulun 16-da
günorta saatlarında isə İŞİD terror qruplaşması Misir
respublikasına aid hərbi gəmini qumbaraatanla vurub. Hadisə Misirin
Qəzza sərhədinə yaxın ərazidə baş verib. Məsuliyyəti İŞİD-in
Misirdəki təmsilçisi Sinay qruplaşması öz üzərinə götürüb.Bu hadisə
barədə İŞİD terrorçularına aid sosial şəbəkədə şəkil paylaşılıb.
Həmin şəklə yazılan şərhdə isə Misirə aid gəminin məhv edildiyi
bildirilib.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər