Dünya
Bundestaq Yunanıstana kredit ayrılması danışıqlarını təsdiq edib
Almaniya parlamentinin deputatları Yunanıstanın 86 milyard avro borcunun ödənilməsi ilə bağlı danışıqların lehinə səs verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, təklif böyük səs çoxluğu ilə qəbul edilib.
Səsvermədən öncə Kansler Angela Merkel Bundestaqın planı dəstəkləməyəcəyi halda, “gözlənilərn xaos” təhlükəsinin olduğunu bildirmişdi.
Bundan əvvəl isə Yunanıstan parlamenti artıq avrozonanın tələb etdiyi qənaət tədbirlərinin lehinə səs verib.
Almaniya, avrozonanın kredit anlaşmasının həyata keçirilməsinə "yaşıl işıq" verməli olan bir neçə ölkəsindən biridir.
Səsvermədən öncə bir neçə mühafizəkar deputat Yunanıstana maliyyə yardımını düzgün hesab etmirdi.
Səsvermə, bazar ertəsi təxminən üç həftədir ki bağlı olan yunan banklarının fəaliyyətini bərpa edəcəyi barədə məlumatlardan sonra gəlir. Lakin Yunanıstanda bankdan gündəlik yalnız 60 avro çıxarılması qaydası tədricən ləğv ediləcək.
Bundan əvvəl, avrozona nazirləri bütün Avropanı əhatə edən maliyyə fondundan Yunanıstana 7 milyard avro kredit verməyə razılaşıb.
Bu, çərşənbə axşamı Yunanıstan parlamentinin kreditçilərin təkliflərini qəbul etmək barədə səsverməsindən sonra baş verib. Fransa və Finlandiya parlamentləri anlaşmanı artıq təsdiqləyib.
Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO