Generallar toplandı: Əsədin taleyi ilə bağlı mühüm qərar
Bizi izləyin

Dünya

Generallar toplandı: Əsədin taleyi ilə bağlı mühüm qərar

Suriya ordusundan ayrılaraq müxaliflərin tərəfinə keçən 100-ə yaxın yüksək rütbəli zabit Türkiyənin Hatay vilayətinin Reyhanlı kəndində görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Toplantı zamanı Bəşər Əsədə qarşı strategiya müəyyən edilib.

Hələb regionunun komandiri, Əsədin keçmiş generalı Saher Əbdürrəhman əl Saket görüşdən sonra ictimaiyyətə açıqlama verib:

“2012-ci ildən bəri Suriya ordusundan ayrılaraq Azad Suriya Ordusunun tərkibində rejimə qarşı mübarizə aparan kiçik dəstələri vahid komandanlıq altında birləşdirmək barədə qərar verdik. Ümid edirəm ki, qısa müddət ərzində nəticə əldə edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm