Dünya
Təcili yardım maşını gülləbaran edildi
Türkiyədə bomba həyəcanları, PKK-nın hücumları və
qarmaqarışıqlıq səngimək bilmir.
Publika.az xəbər verir ki, bu gün günorta saatlarında Mardin
vilayətinin Nusaybin qəsəbəsində dövlət xəstəxanasının həyətində
saxlanılan təcili tibbi yardım maşını kimliyi bilinməyən şəxslər
tərəfindən güllə yağışına tutulub. Polis məsələ ilə bağlı
araşdırmalara başlayıb.
Avtomobilin yararsız hala gəlməsi nəticəsində xəstəxana çağırış
olacağı təqdirdə təcili tibbi yardıma gedə bilməyəcək.
Digər tərəfdən, İzmirdə Konak meydanındakı saat qülləsində bomba
olduğu xəbəri yayılıb. Hadisə yerinə gələn polis hazırda
araşdırmalar aparır.
Ərzurumun Karayazı bölgəsində polis idarəsinin qarşısındakı
növbətçi qüvvələri PKK tərəfindən güllə-boran edilib.
Vanda isə hökumətə məxsus mehmanxanaya silahlı hücum olub. Silahlı
qarşıdurmaya gedən PKK iki polis əməkdaşını yaralayıb.
Hakkarinin Şemdinli və Yüksekova qəsəbələrində hərbi hissələrə də
PKK-nın silahlı hücumu olub. Lakin ölən və yaralanan yoxdur.
Asif Nərimanlı
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO