Dünya
Azərbaycan tərəfə keçmiş erməninin məhkəməsi başlayır
Ermənistandakı ağır duruma dözməyərək ailəsi ilə birgə bir neçə il əvvəl könüllü Azərbaycan tərəfinə keçmiş Yeqişe Gevorkyan barəsində başlanmış cinayət işi üzrə istintaq yekunlaşıb və cinayət işi araşdırılmaq üçün məhkəməyə verilib.
Bu barədə Trend Ermənistan KİV-lərinə istinadən xəbər verir.
Y.Gevorkyan barəsində cinayət işi Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən açılmışdı. Ermənistan Milli Təhlükəsizlik Xidməti Y.Gevorkyan ailəsi ilə birlikdə Naxçıvana keçəndə onun barəsində dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi açıldığını bildirmişdi. Gevorkyan ailəsi ilə Ermənistana təhvil veriləndə isə həbs qətimkan tədbiri Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.
Qeyd edək ki, Ermənistan vətəndaşları, 1958-ci il təvəllüdlü Gevorkyan Eqişe Petrosoviç və onun ailə üzvləri – həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna və oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviç 2010-cu il yanvarın 10-da üçüncü dövlət ərazisində yaşamaq niyyəti ilə qanunsuz olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə keçib və Azərbaycan beynəlxalq humanitar hüquq normalarına və 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hörmətlə yanaşaraq həmin şəxsləri 2014-cü il dekabrın 12-də qarşı tərəfə qaytarıb.
-
Pul09:21
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO