Dünya
İŞİD-ə əsgər toplayan əsas şəbəkə həbs olundu
Türkiyənin Şanlıurfa bölgəsində xarici ölkələrdən gələnləri İŞİD-ə aparan beş nəfərlik əsas şəbəkə ortaya çıxarılıb.
Publika.az xəbər verir ki, Mehmet D-nin lideri olduğu şəbəkə Hüseyn D, Mehmet A və Suriya əsilli Haris S-dən ibarət olub. Onlar şəhərin mərkəzində “təhlükəsiz evlər” qurublar.
Türkiyə polisinin xüsusi əməliyyat qrupu Suriyadakı İŞİD
liderlərindən gələn telefon zəngindən sonra hərəkətə keçib. Şəbəkə
üzvləri telefon danışığında İŞİD liderlərinə “qardaşlar gəlir” deyə
yeni üzvlər haqda məlumat veriblər. İstintaq zamanı Mehmet D-nin və
qrupunun xüsusilə Rakkadakı İŞİD rəhbərliyi ilə bağlantıları olduğu
ortaya çıxıb.
Məlum olub ki, xarici ölkədən İŞİD-ə qoşulmaq üçün gələnlər bir gün
oteldə, yaxud “təhlükəsiz evlərdə” qalır. Ertəsi gün Mehmet D
maşınla onları əvvəlcə Akçakaleyə aparır, oradan da qeyri-qanuni
yollarla sərhədi keçirirlər.
“Miliyyet” qəzetinin yazdığına görə, İŞİD-ə qoşulmaq üçün gələn
xaricilərin özləri ilə gətirdikləri əşyalar daha sonra onların
arxasınca göndərilir.
Əcnəbilərin saxlanıldığı evlərin maliyyəsini İŞİD-in ödədiyi və bu işə Suriya əsilli Haris S-nın baxdığı ortaya çıxıb. Şəbəkənin lideri Mehmet D-nin böyük qardaşının vaxtilə “Əl-Qaidə”də döyüşdüyü və öldüyü faktı aşkarlanıb.
Əməliyyat zamanı şəbəkədən 1 ədəd “Glock” tapançası, 3 ədəd
patronqabı ilə birlikdə 42 ədəd güllə, 7 ədəd cib telefonu, 8 ədəd
simkart, İŞİD-ə qoşulan 4 əcnəbiyə aid pasport, 3 ədəd xarici ölkə
pasportu, 2 ədəd noutbuk, 2 ədəd ləptop, 3 ədəd planşet
götürülüb.
Asif Nərimanlı
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi