Dünya
Rusiyadan Avropa prezervativlərinə QADAĞA
Rusiya Sənaye və Ticarət Nazirliyi xarici tibbi malların bəzi növlərinin dövlət satınalmalarının məhdudlaşdırılmasını təklif edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, siyahıya prezervativlər, dezinfeksiya preparatları, tənzif salfetləri, sarğı paketləri, əl ağacları, arabalar, tualet kresloları, protezlər və digər mallar daxildir.
Ümumilikdə, siyahıya 100-dən çox mal və avadanlıq daxil edilib. Xarici tibbi malların bəzi növlərinin dövlət satınalmalarının məhdudlaşdırılması ilə bağlı sənəd bundan əvvəl 5 fevral 2015-ci il tarixində baş nazir Dmitri Medvedev tərəfindən imzalanıb. Hazırda isə Sənaye və Ticarət Nazirliyi bu siyahını genişləndirməyi təklif edir. Məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqının üzvləri olan Ermənistan, Belarus və Qazaxıstan məhsullarına toxunmayacaq.
Qeyd edək ki, Rusiya 2018-ci ilə kimi dərman bazarında xarici preparatların 90 faizini Rusiya istehsalı olan preparatlarla əvəz etmək niyyətindədir.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO