Yəhudilər Amerika küçələrinə axışdı
Bizi izləyin

Dünya

Yəhudilər Amerika küçələrinə axışdı

İsrail hökumətinin ümumi hərbi mükələfiyyət haqqında qanunu ultra-ortodokslara da şamil etməsi böyük etirazla qarşılanıb.

İsrail hökumətinin ümumi hərbi mükələfiyyət haqqında qanunu ultra-ortodokslara da şamil etməsi böyük etirazla qarşılanıb.

“Dailynews” xəbər verir ki, Nyu-Yorkda Yəhudi icmasını minlərlə üzvü hərbi xidmətə çağırışa etiraz olaraq aksiya keçiriblər. Artıq bir həftədir ki, İsraildə davam edən analoji aksiyaya həmrəylik nümayiş etdirən Nyu-York ultra-ortodoksları Volter Street və Manhettan küçələrini bağlayıblar. Küçələrə axışan 50 mindən çox yəhudi hərbi xidmətə etiraz şüarları səsləndirib, müxtəlif dini ayinlər icra edib, dualar oxuyublar.

Nyu-York polisi aşağı Manhettan və şəhərin digər mərkəzi küçələrində yol hərəkətini dayandırmağa məcbur olub.

Qeyd etdiyimiz kimi hərbi xidmətə etiraz aksiyaları Qüdsdə kütləvi xarakter alıb. Aksiyalarda 300 min nəfər iştirak edib. Nümayişçilər baş hərbi çağırış mərkəzinin binası önünə toplaşıblar və binanı daşa basaraq, yaxınlıqdakı zibil qutularını yandırıblar.

Qeyd edək ki, İsraildə, adətən, yalnız dini təhsil almaqla məşğul olan ultra-ortodokslar dini təsəvvürlərdən dolayı hərbi xidmətə çağrılmır. Lakin hakim koalisiya ötə həftə bu qaydanı dəyişməyə qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm