Dünya
Türkiyənin qarşısında 4 ssenari var: Ərdoğan hansını seçəcək?
Türkiyədə hökuməti qurmaq üçün 15 günlük bir müddət qalıb.
Publika.az xəbər verir ki, “Habertürk” saytı
Ankara kulislərində dörd ssenarinin olduğunu yazıb.
Koalisiya hökumətinin qurulması: Baş nazir
Əhməd Davudoğlu digər partiyalarla danışıqları davam etdirəcək.
Razılaşma olarsa, koalisiya hökumətinin siyahısı Türkiyə Böyük
Millət Məclisinə (TBMM) təqdim ediləcək. Tətildə olan TBMM-nin
iclası çağırılacaq. Nazirlər Kabinetinin proqramı hökumətin
qurulduğu tarixdən etibarən bir həftə içində TBMM-də oxunacaq və
səsvermə keçiriləcək.
Azlıq hökuməti: AKP müxalifətin hansısa bir
partiyası ilə razılaşır. Həmin partiya səsverməyə gəlmir və AKP
hökuməti təkbaşına qurur. Müxalifət partiyası da koalisiyaya daxil
olmadan kənardan dəstək verir. Azlıq hökuməti yeni seçkiləri
hazırlayır. Bu formatın avqustun 23-nə qədər həyata keçirilməsi
lazımdır.
Məclisin qərar verməsi: Koalisiya hökuməti 45
gün ərzində qurulmazsa, AKP TBMM-nin fövqəladə toplantısını çağırır
və parlament erkən seçki qərarını çıxarır. Bu ssenarinin çətin
proses olduğu deyilir.
Prezidentin seçkini yeniləməsi: 23 avqustda
tamamlanacaq 45 günlük müddət içində Nazirlər Kabineti
formalaşmasa, yaxud hökumət qurulsa belə səsvermədən keçməsə,
Prezident Ərdoğan TBMM spikeri İsmet Yılmazla müzakirə edərək
seçkinin yenilənməsi qərarını verə bilər. Türkiyədə indiyə qədər
tətbiq olunmayan bu forma Konstitusiyada yer alan yollardan
biridir. Belə ki, parlament rəhbəri siyasi partiya qruplarından
hökumətə daxil ediləcək üzvlərin siyahısını təyin edərək Baş nazirə
bildirəcək. Təklif edilən nazirliyi qəbul etməyən, yaxud sonradan
geri çəkilən partiya üzvlərinin yerinə TBMM-də təmsil olunan, yaxud
olunmayan müstəqil şəxslər seçiləcək. Yəni seçki hökuməti qurulacaq
və bu parlamentdə səsverməyə çıxarılacaq. Seçki hökuməti 90 gün
ərzində Türkiyədə seçkiləri hazırlayacaq.
Asif Nərimanlı
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə1 May 19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular