Dünya
İngilisin problemi: arvadı ilə qızını ayıra bilmir - FOTOLAR
Bir ananı qızı ilə səhv salmaq bir çox qadınlar üçün xoşbəxtlikdir. Amma bu, evin kişisi üçün əsl problemə çevrilib.
Çünki Böyük Britaniyada yaşayan 42 yaşlı Corci Smidli və 19 yaşlı qızı Cazz bir-birinə çox bənzəyir. Bu isə bir çox insanları çaş-baş salır və ana-balanın əkiz bacı olduğunu sanırlar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aralarında 23 il yaş fərqi olmasına baxmayaraq, onların saçı, çəkisi, boyu və ayaqqabı ölçüsü belə eynidir. Onların ana-bala olduğuna şübhə edənlərin də sayı az deyil.
Ona görə də hamı Corci və Cazzı bacı hesab edir. Lakin Cazz insanların bu səhvindən utanır. Corci isə sadəcə olaraq gənc qaldığı və qızına bənzədiyi üçün qürur hissi keçirir.
Corci 2012-ci ildə keçirdiyi mədə əməliyyatından sonra çəkisini itirməyə və tədricən xarici görkəminə görə yeniyetmə qızına bənzəməyə başlayıb.
Ən maraqlısı isə odur ki, əməliyyatdan sonra Corcinin əri - Cazzın atası da arvadı ilə qızını fərqləndirməkdə çətinlik çəkir.
Nura
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO