Poroşenkodan SOS: Ukrayna ilə sərhəddə 50 min, Donbasda 40 min...
Bizi izləyin

Dünya

Poroşenkodan SOS: Ukrayna ilə sərhəddə 50 min, Donbasda 40 min...

Ukrayna prezidenti Pyotr Poroşenko Müstəqillik Günü ilə bağlı Kiyevin mərkəzində keçirilən tədbirdə Donbas hövzəsindəki və şərq sərhədlərdəki Rusiya hərbçilərinin sayını açıqlayıb.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, Poroşenkonun sözlərinə görə, Rusiya-Ukrayna sərhədində 50 mindən artıq rus hərbçisi var.

Dövlət başçısı qeyd edib ki, işğal edilmiş ərazilərdə 40 mindən çox rus hərbçisi var və onlardan 9 mini ali hərbi təhsillidir. Poroşenko Donbas hövzəsindəki əməliyyatlara birbaşa olaraq həmin zabitlər tərəfindən rəhbərlik edildiyini deyib. Onun sözlərinə görə, düşmən Ukraynanın içərilərinə birbaşa hərbi müdaxilə ideyasından imtina etməyib.

Pyotr Poroşenko Ukrayna qoşunlarının hər keçən gün təkmilləşdiyini bildirib: “Düşmən hücumunun Marinka ərazisində bu yaxınlardakı uğursuzluğu, Staroqnatovki və digər strateji əhəmiyyətli hündürlüklərin nəzarətimizə qaytarılması Ukrayna hərbi bölmələrinin bacarığı sayəsində mümkün oldu”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm